Bakıda koronavirusa görə bağlanan daha bir məktəb açıldı
Elm və təhsil
- 30 mart, 2021
- 04:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda koronavirus infeksiyasına yoluxma halının aşkarlandığına görə fəaliyyətini distant təhsillə davam etdirən 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.
"Report" xəbər verir ki, təhsil müəssisəsinin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) rəyi əsasında müəyyənləşdirilən karantin müddəti bu gündən başa çatıb.
Xatırladaq ki, martın 16-da 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən GEM-in rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Son xəbərlər
09:16
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib
Digər09:08
FIBA Avropa Kuboku: "Neftçi" Estoniyada cavab oyununa çıxır
Komanda09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.09.2026)
Maliyyə09:03
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (30.09.2026)
Maliyyə09:01
Sumqayıtda yük maşınının vurduğu piyada ölüb
Hadisə09:00
Azərbaycanın U-21 millisi bu gün səfərdə Şotlandiya ilə qarşılaşacaq
Futbol09:00
Qlobal İnnovasiya İndeksi – 2026 dərc edilib
İKT08:58
WSJ: Pentaqon "MQ-9 Reaper" dronlarını Afrikadan Latın Amerikasına köçürə bilər
Digər ölkələr08:45