AzMİU-nun işçilərinə maaşları həcmində pul mükafatı verilib

Elm və təhsil
  • 18 dekabr, 2018
  • 08:09
AzMİU-nun işçilərinə maaşları həcmində pul mükafatı verilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatı verilib.

By barədə "Report"a  AzMİU-dan bildirilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.

Qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il Yeni il öncəsi və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına kimi maddi yardımlar olunması üçün əmr imzalayır.

44 - Tezliklə