Azərbaycanın təhsil naziri Gürcüstan Texniki Universitetində olub

Elm və təhsil
  • 22 fevral, 2022
  • 08:29
Azərbaycanın təhsil naziri Gürcüstan Texniki Universitetində olub

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetini (GTU) ziyarət edib.

“Report”un yerli bürosunun xəbərinə görə, o, ali məktəbin rektoru David Qurgenidze ilə görüşüb.

Təntənəli qarşılanma mərasimindən sonra rektor nazir üçün ekskursiya təşkil edib, bu il 100 illiyi tamam olan universitetlə yaxından tanış edib, əldə olunmuş nailiyyətlərdən danışıb.

Tərəflər arasında keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq, tələbə və professorlar arasında elmi mübadilə, həmçinin birgə elmi layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Əmrullayev ali məktəbin azərbaycanlı tələbələri ilə də tanış olub.