Azərbaycan və Misir arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
- 18 may, 2026
- 18:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin "X sosial şəbəkə hesabında yayılıb.
Görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Mayın 18-də Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüşüb.
— Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (@tehsilgovaz) May 18, 2026
Görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə… pic.twitter.com/XHSqjgvlW3