Nazir müavini: "Son beş ildə dövlət sifarişli yerlərin qəbul planında payı 50 faizə yaxınlaşıb"

Elm və təhsil
  • 13 noyabr, 2026
  • 11:51
Nazir müavini: Son beş ildə dövlət sifarişli yerlərin qəbul planında payı 50 faizə yaxınlaşıb

Son beş ildə dövlət sifarişli yerlərin qəbul planında payı 50 faizə yaxınlaşıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ali təhsil üzrə dövlət sifarişi insan kapitalına büdcə investisiyasının əsas alətlərindən biridir:

"İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumlarının təkliflərini ümumiləşdirərək dövlət sifarişinə dair təklifləri Nazirlər Kabinetinə təqdim edir. Təqdim olunan təkliflər nəzərə alınmaqla, 2026/2027-ci tədris ili üçün bakalavriat, magistratura, tibb təhsili və rezidentura üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişli yer müəyyən edilib. Son beş ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi təxminən 50 faizə yaxınlaşıb. Bu da ölkə vətəndaşları üçün ödənişsiz ali təhsilin əlçatanlığının artırılmasına xidmət edir".

44 filmi