Arxeоlоgiya və Etnoqrafiya İnstitutu müasir dünya standartlarına uyğun arxeoparklar yaradacaq

Elm və təhsil
  • 10 fevral, 2016
  • 12:37
Arxeоlоgiya və Etnoqrafiya İnstitutu müasir dünya standartlarına uyğun arxeoparklar yaradacaq

Bakı. 10 fevral. REPORT.AZ/ "Arxeоlоgiya və Etnoqrafiya İnstitutu müasir dünya standartlarına uyğun arxeoparklar yaradacaq". "Report" xəbər verir ki, bunu AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, parkların yaradılması Azərbaycan Prezidentinin "Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq həyata keçirilir: "İnstitut tərəfindən arxeoparkların yaradılması məqsədilə abidənin ətrafında qazıntılar aparılıb".

N.Axundova onu da qeyd edib ki, rayonlarda aparılan genişmiqyaslı arxeoloji tədqiqat işləri nəticəsində əvvəllər elmə məlum olmayan onlarla arxeoloji abidələr aşkarlanıb.