AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək

Elm və təhsil
  • 30 may, 2018
  • 13:19
AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək
AMEA
Report

Bakı. 30 may. REPORT.AZ/ İyunun 8-də AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın Ümumi yığıncağı olacaq.

Akademiyadan “Report”a verilən məlumata görə, tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, həmçinin AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək.