AMEA-nın prezidenti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Elm və təhsil
  • 22 fevral, 2016
  • 12:39
AMEA-nın prezidenti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Bakı. 22 fevral. REPORT.AZ/ AMEA-nın prezidenti, akademik Akif Əlizadə və vitse-prezident İbrahim Quliyev fevralın 23-dən Birləşmiş Ərəb Əmirliklərində elmi ezamiyyətdə olacaqlar. Bu barədə "Report"a akademiyadan məlumat verilib. 

Məlumata görə, 5 gün davam edəcək səfərdə məqsəd Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək kompüter sistemləri üzrə innovasiya forumunda iştirak etməkdir.