AMEA-nın magistraturasında oxumaq istəyən bakalavrlar müsahibədən keçməlidir
Elm və təhsil
- 01 may, 2015
- 11:22
Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl AMEA-da müsahibədən keçməlidirlər.
AMEA-dan "Report"a verilən məlumata görə, müsahibə 4-8 may tarixlərində saat 10-dan 17-dək həyata keçiriləcək.
Müsahibə AMEA-nın Dilçilik İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Fizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Geologiya və Geofizika İnstitutu və Genetik Ehtiyatlar İnstitutunda keçiriləcək.
Qeyd edək ki, AMEA-ya magistr qəbulu yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
Son xəbərlər
16:13
Paşinyan: Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilər
İnfrastruktur16:09
Azərbaycan İtaliya və Niderlanda qara kürü tədarük etməyə başlayıb
Biznes16:06
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Futbol16:04
Ermənistanda hərbi hissənin ərazisində hərbçinin meyiti aşkarlanıb
Region15:49
Bakı–Daşkənd əlaqələrinin güclənməsi Türk dünyasının geosiyasi çəkisini artırır - RƏY
Xarici siyasət15:48
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
Futbol15:42
BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb
Hadisə15:36
Azərbaycanda qida duzu istehsalı 11 % azalıb
Sənaye15:34