AMEA-nın Elm və Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib

Elm və təhsil
  • 07 sentyabr, 2016
  • 12:07
AMEA-nın Elm və Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünki iclasında qurumun Elm və Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib.

"Report"un məlumatına görə, iclasda çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, bundan sonra idarənin strukturunda Magistratura şöbəsi yaradılır. Həmin şöbənin rəisi isə idarənin elmi-analitik şöbəsinin rəis müavini Hüseyn Hüseynov təyin edilib.

İclasda mühüm qərarlar qəbul edilib.

44 - Tezliklə