​AMEA-da torpaq eroziyasının qarşısının alınması üçün tədbirlər hazırlanıb

Elm və təhsil
  • 10 avqust, 2016
  • 09:25
​AMEA-da torpaq eroziyasının qarşısının alınması üçün tədbirlər hazırlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Eroziya və Suvarma İnstitutu tərəfindən aqrar elmin aparıcı istiqamətlərində fundamental və tətbiqi əhəmiyyətli tədqiqatlar aparılıb və bu tədqiqatlar əsasında torpaqların səmərəli şəkildə istifadəsi baxımından çoxsaylı torpaqqoruyucu tədbirlər işlənilib hazırlanıb.

"Report" xəbər verir ki, bunu institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev Eroziya və Suvarma İnstitutunun əldə etdiyi son elmi nailiyyətlərin müzakirə olunduğu seminarda deyib.

O bildirib ki, torpaq eroziyasının bütün növləri - külək, irriqasiya, yaylaq, qobu və yarğan və sel eroziyaları, defilyasiya və deqradasiya kimi istiqamətlərdə də elmi əsaslı tədbirlər hazırlanıb, genişmiqyaslı tətbiqə tövsiyə olunub.