AMEA-da ekspedisiyaların təşkili üzrə komissiya yaradılıb

Elm və təhsil
  • 13 mart, 2023
  • 16:26
AMEA-da ekspedisiyaların təşkili üzrə komissiya yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında ekspedisiyaların təşkili üzrə komissiya yaradılıb.

"Report" xəbər verir ki, bu barədə qərar Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

Qərara əsasən komissiyanın sədri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva təyin olunub.