Akif Əlizadə: “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”
- 02 noyabr, 2018
- 11:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 noyabr. REPORT.AZ/ “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”.
“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Göyçay şəhərində keçirilən “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransında deyib.
Akademik bildirib ki, dünyada ilk dəfə olaraq alimlərimiz “Azərbaycan gülöyşəsi” nar sortunun genomunu oxuyub və genom məlumatlar ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınıb.
A.Əlizadə vurğulayıb ki, ilk dəfə olaraq AMEA və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib: "Narın respublika üzrə yayılması GIS sistemi ilə öyrənilərək bioekologiyası təhlil edilib, kolleksiyalarda olan nar sort və formalarının müasir üsullarla genetik müxtəlifliyi tədqiq edilərək genetik pasportlaşdırılıb".