ADNSU Çin kolleci ilə müqavilə imzalayıb
Elm və təhsil
- 22 dekabr, 2017
- 10:21
Bakı. 22 dekabr. REPORT.AZ/ Çində səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bu gün Çin Xalq Respublikasının Lançjou Neft-Kimya Kollecinin prezidenti, professor Gao Pu ilə görüşüb.
Universitetdən "Report"a verilən məlumata görə, əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə məktəbin hər il 200-ə yaxın məzununun ADNSU-da hazırlıq, bakalavr və gələcəkdə magistr səviyyələri üzrə təhsil almalarına dair razılıq əldə olunub və tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Qeyd edək ki, ADNSU-nun rektoru M.Babanlının Çinə səfəri dekabrın 24-dək davam edəcək. Səfər çərçivəsində ADNSU-nun rektorunun bir sıra görüşləri planlaşdırılıb.
Son xəbərlər
08:11
Foto
Bakıda 10 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur07:59
ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək
Digər ölkələr07:44
WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır
Digər ölkələr07:25
Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır
Digər ölkələr06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39