52 məktəbə direktor təyin edildi
Elm və təhsil
- 14 sentyabr, 2020
- 14:10
2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələri məlum olub.
Təhsil Nazirliyindən "Report"a bildirilib ki, nəticələrə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib.
Bununla da 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, imtahan, müsahibə və vakant yerlərə yerləşdirmə) ibarətdir.
Son xəbərlər
06:17
Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini çağırıb
Digər ölkələr05:58
Vens: ABŞ-İran münaqişəsi yaxın aylarda yeni mərhələyə keçəcək
Digər ölkələr05:22
İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb
Digər ölkələr04:50
Heqset və Pistorius ABŞ-Almaniya hərbi-sənaye əməkdaşlığını inkişaf etdirmək barədə razılaşıblar
Digər ölkələr04:18
WSJ: ABŞ kosmosdan hərbi istifadənin normallaşmasına çalışır
Digər ölkələr03:42
ABŞ İsrailə 2,8 milyard dollarlıq bombalar satmağı planlaşdırır
Digər ölkələr03:11
"Forbes": Trampın sərvəti 7 milyard dollara çatıb
Digər ölkələr02:45
Foto
Video
Bakıda avtomobil yanıb
Hadisə02:27