Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı düşünür
- 16 sentyabr, 2026
- 02:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulma imkanını nəzərdən keçirir.
"Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, Britaniya hökumətinin nümayəndəsi ölkənin bu təşəbbüslə maraqlandığını bildirib.
Hakim Leyboristlər Partiyasının nümayəndəsi isə qeyd edib ki, əvvəlki hökumət DSRB-yə qoşulmaq ideyasını dəstəkləməyib. Onun sözlərinə görə, yeni hökumət dövründə məsələ yenidən gündəmə gəlib.
DSRB-nin əsas məqsədi NATO üzvü ölkələrin müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsini maliyyələşdirməkdir.
Britaniyanın banka qoşulmasının ölkənin müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaqla bağlı hədəfinə nail olmasına da töhfə verə biləcəyi bildirilir.