Təvəkkül İsgəndərov: İşğal dövründə Azərbaycanda bioloji müxtəlifliyə xeyli zərər dəyib
- 05 oktyabr, 2026
- 16:02
Yeniliklərdən dərhal xəbərdar olun!
İşğal dövründə Azərbaycan suveren ərazilərində ekologiyaya və bioloji müxtəlifliyə xeyli zərər dəyib.
"Report" xəbər verir ki, bunu "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov "Environmental Protection First" QHT Koalisiyasının "Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri" mövzusunda brifinqdə bildirib.
O deyib ki, işğal dövründə təxminən 8 900 hektar meşə sahəsi itirilib: "50 min hektardan çox meşə ərazisi məhv edilib. Nadir Şərq çinarları, o cümlədən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisindəki ağaclar məhv edilib, qorunan təbiət ərazilərinə ziyan dəyib. Həmçinin 1995–2015-ci illərdə təxminən 54 544 hektar kənd təsərrüfatı torpağı məhsuldar istifadədən çıxıb".
T.İsgəndərov vurğulayıb ki, işğal dövründə suvarma infrastrukturu da dağıdılıb: "İşğal dövründə Sərsəng su anbarının lazımi səviyyədə idarə olunmaması və suyun istifadə rejiminin dəyişdirilməsi ətraf rayonların əhalisi və kənd təsərrüfatı üçün suya çıxış imkanlarını məhdudlaşdırılıb".