Son bir həftədə yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib
Ekologiya
- 10 iyul, 2026
- 17:24
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində, Xətai rayonu Qədir Məmmədov küçəsi 54 ünvanında və İsmayıllı rayonu Sərdəhar və Qaraqaya kəndlərinin yaxınlığındakı ərazidə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36 610 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Son xəbərlər
19:53
Foto
AIIF 2026 çərçivəsində "Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf" mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat19:50
Foto
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirib
Hərbi19:50
Foto
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
Xarici siyasət19:49
AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir
Digər ölkələr19:44
Niyazi Əmirbəyov: "Kənd təsərrüfatında istehsal son istehlakçının tələbatına uyğun qurulmalıdır"
ASK19:39
Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək
Daxili siyasət19:39
Foto
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb
Xarici siyasət19:36
Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclis19:35
Foto