Şənbə gününün hava proqnozu açıqlanıb
Ekologiya
- 03 dekabr, 2021
- 08:16
Bakıda və Abşeron yarımadasında dekabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.
Son xəbərlər
02:05
DÇ-2026: Belçika - Seneqal matçında əlavə hissə başlayıb - YENİLƏNİR-7
Futbol02:04
Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb
Xarici siyasət01:45
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Region01:22
"Bloomberg": Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır
Digər ölkələr00:55
Serbiya əhalisi 430 mindən çox azalıb
Digər ölkələr00:35
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Futbol00:26
İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır
Region00:20
Konqonun baş məşqçisi Sebastyen Desabr: "İngiltərə ilə matçda uğur qazanacağımıza inanırdıq"
Futbol00:12