Sabah 17° isti olacaq - PROQNOZ
Ekologiya
- 26 dekabr, 2023
- 08:21
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Son xəbərlər
03:03
CNN: Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb
Digər ölkələr02:44
Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:14
"SpaceX" IPO-dan sonra 541 milyon dollar rüblük zərər açıqlayıb
Digər ölkələr01:42
Avstriyada yeni temperatur rekordu qeydə alınıb
Digər ölkələr01:13
Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir
Digər ölkələr00:50
Britaniya hökuməti məhbusların vaxtından əvvəl azad edilməsi proqramını davam etdirəcək
Digər ölkələr00:11
Bayraktar: Fars körfəzi ölkələri qaz təchizatı marşrutunun bir hissəsi ola bilər
Region00:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Hərbi23:46