Sabahın hava proqnozu açıqlanıb
Ekologiya
- 15 fevral, 2022
- 08:30
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Son xəbərlər
18:19
Foto
Anar Əliyev Dünya Bankının regional direktoru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Sosial müdafiə18:17
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Maliyyə18:15
Foto
ADY Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib
İnfrastruktur18:04
"AzerGold" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə18:03
Naxçıvanda elektrik enerjisinə tələbat tam şəkildə "yaşıl enerji" hesabına təmin edilib
Energetika17:54
Foto
Ağdamda qəzada xəsarət alanların vəziyyəti ağırdır- YENİLƏNİB
Hadisə17:50
Coratda dənizdə boğulan şəxsə zəruri tibbi xidmətlər göstərilib - YENİLƏNİB
Hadisə17:45
Rəqəmsal mühitdə uşaqlar: Hüquqi müdafiə niyə gücləndirilir?
Daxili siyasət17:44