Sabah dağlıq ərazilərdə qar yağacaq
Ekologiya
- 14 fevral, 2022
- 08:50
Bakıda və Abşeron yarımadasında fevralın 15-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Son xəbərlər
07:39
Kolumbiya - Qana matçının ən yaxşı futbolçusu Luis Dias olub
Futbol07:32
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol07:32
DÇ-2026: Qananı məğlub edən Kolumbiya 1/8 finala çıxan sonuncu komanda olub - YENİLƏNİB-4
Futbol07:32
İranda Əli Xamenei ilə vida mərasimi başlayıb
Region07:03
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Xarici siyasət06:33
Venesuelada "Sunami" ləqəbli axtarış iti zəlzələdən sonra 26 nəfəri xilas edib
Digər ölkələr06:01
ABŞ-də ticarət mərkəzində atışma olub, ölənlər var
Digər ölkələr05:58
Bubista: "Dünya çempionatında öz oyun üslubumuzu və kimliyimizi ortaya qoyduq"
Futbol05:53