Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya
- 01 noyabr, 2024
- 08:51
Azərbaycanda noyabrın 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti olacaq.
Son xəbərlər
08:18
Xulian Alvares Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu olub
Futbol08:13
ABŞ İrana üçüncü zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:48
DÇ-2026: Yarımfinal mərhələsinin cütləri müəyyənləşib
Futbol07:45
DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub - YENİLƏNİB-8
Futbol07:38
"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək
Digər ölkələr07:11
İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib
Region06:44
Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər
Daxili siyasət06:35
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər
Elm və təhsil06:13