Sabah havanın temperaturu 18 dərəcəyədək artacaq
Ekologiya
- 08 fevral, 2022
- 08:28
Azərbaycanda fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Son xəbərlər
06:25
İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
Region06:12
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Elm və təhsil05:59
Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Digər ölkələr05:32
NATO təyyarəsi Rumıniya-Ukrayna sərhədində uçuş həyata keçirib
Digər ölkələr05:05
Netanyahu azadlığın müdafiəsində ABŞ və İsrailin birliyini bəyan edib
Digər ölkələr04:37
Əraqçi: İranın Livanla bağlı mövqeyi dəyişməyəcək
Region04:13
Türkiyənin Qara dəniz sahilində hərbi PUA tapılıb
Region03:55
Le Pen: Məhkəmənin qərarı Fransadakı demokratik proseslərə təsir göstərə bilər
Digər ölkələr03:41