Sabah hava yağmursuz olacaq - PROQNOZ
Ekologiya
- 24 dekabr, 2024
- 08:34
Azərbaycanda dekabrın 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15 ° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Son xəbərlər
02:59
Braziliya 36 ildən sonra ilk dəfə dünya çempionatında 1/4 finala vəsiqə qazana bilməyib
Futbol02:47
Erlinq Holann DÇ-2026-nın bombardirlər siyahısında liderlər sırasına yüksəlib
Futbol02:33
Meksika Venesuelaya humanitar yardımla dolu iki gəmi göndərib
Digər ölkələr02:30
Erlinq Holann Braziliya - Norveç matçının ən yaxşı oyunçusu adına layiq görülüb
Futbol02:26
Neymar dünya çempionatlarında oyun sayına görə Peleni geridə qoyub
Futbol02:22
Qana millisi baş məşqçisi Karluş Keyruşla vidalaşıb
Futbol02:06
Foto
Şərurda bir ailənin 3 üzvü yol qəzasında ölüb
Hadisə02:04
Norveçə məğlub olan Braziliya DÇ-2026 ilə vidalaşıb- YENİLƏNİB-5
Futbol02:02