Sabah külək əsəcək - PROQNOZ
Ekologiya
- 27 sentyabr, 2023
- 08:11
Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Cənub-şərq küləyi əsəcək.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Son xəbərlər
14:09
Foto
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
İKT14:08
İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasının strateji gələcəyinə verilən töhfədir - RƏY
Xarici siyasət14:06
SEPAH: Hörmüz boğazından keçməyə cəhd edən iki tanker zərbələrə məruz qalıb
Region14:01
Bakıda təkər tullantıları yığılan sahədə yanğın başlayıb
Hadisə13:47
AKİ-nin "Sən, ey uşaqlıq" tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri müəyyənləşib
İncəsənət13:27
Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
Turizm13:25
Hüseyn Rzazadə Bakıdakı dünya çempionatında ilk görüşündə uduzub
Fərdi13:14
Emoməli Rəhmon Mərkəzi Asiyada iri neft emalı zavodunun tikintisi təşəbbüsü ilə çıxış edib
Energetika13:13