Sabah Azərbaycanda hava soyuyacaq, yağış yağacaq, şimşək çaxacaq
- 21 aprel, 2016
- 07:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 aprel. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, aprelin 22-də paytaxt və yarımadada güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 15 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 22-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, aprelin 23-24-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişlidir.