Sabah 39 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya
- 14 iyul, 2024
- 08:01
İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Son xəbərlər
18:07
SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Region18:05
Yasamal və Sabunçuda oğurluq edənlər saxlanılıb
Hadisə17:53
Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib
Xarici siyasət17:53
"Sabah"ın futbolçusu Coy-Lens Mikels: "KuPS"a qalib gələcəyimizə inanırıq"
Futbol17:43
Azərbaycan daha bir ölkədən elektromobil tədarük etməyə başlayıb
Biznes17:42
Zelenski Ukraynanın ali hərbi rəhbərliyi ilə görüşlər keçirir
Digər ölkələr17:35
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "KuPS"a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"
Futbol17:32
İrəvanda polis yeniyetməni 26 bağlama narkotiklə saxlayıb
Region17:29