Rəşad İsmayılov: Ətraf mühitin qorunması yalnız ayrı-ayrı ölkələrin məsuliyyəti deyil

Ekologiya
  • 05 iyun, 2026
  • 11:34
Rəşad İsmayılov: Ətraf mühitin qorunması yalnız ayrı-ayrı ölkələrin məsuliyyəti deyil

Ətraf mühitin qorunması yalnız ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu tədbirə ilk dəfədir ev sahibliyi edir:

"Ətraf mühitin qorunması yalnız ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Bu məsələ transsərhəd xarakter daşıyır".

Nazir əlavə edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal dövründə böyük dağıntılara məruz qalıb:

"Bu gün azad olunmuş ərazilərdəki bərpa və quruculuq işlərində ekoloji yanaşmalara üstünlük verilir".

44 filmi