Patrisiya Skotland: Azərbaycan beynəlxalq iqlim prosesində körpü rolunu uğurla yerinə yetirib

Ekologiya
  • 07 sentyabr, 2026
  • 12:50
Patrisiya Skotland: Azərbaycan beynəlxalq iqlim prosesində körpü rolunu uğurla yerinə yetirib

Azərbaycan iqlim gündəliyinin təşviqində və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayıb.

"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Patrisiya Skotland "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da çərçivəsində keçirilən panel müzakirəsində deyib.

P.Skotlandın sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edərək, ölkələr və regionlar arasında qarşılıqlı əlaqə yarada və beynəlxalq iqlim prosesinə etimadı gücləndirə bilib: "Azərbaycan tərəflər arasında qarşılıqlı əlaqə üçün körpü yaradaraq müstəsna bir iş gördü".

O qeyd edib ki, Birliyin 56 ölkəsi dünyanın 5 regionunu təmsil edir və onların birləşməsi dəyişikliklər üçün platforma yaratmağa imkan verib.

P.Skotlandın sözlərinə görə, COP29-un əhəmiyyəti təkcə iqlim maliyyələşdirilməsi üzrə ildə 300 milyard dollar məbləğində hədəf barədə razılığın əldə edilməsindən və 1,3 trilyon dollarlıq hədəfin müəyyənləşdirilməsindən ibarət deyil.

O vurğulayıb ki, təkcə maliyyə vəsaitlərini cəlb etmək deyil, həm də lazımi dəyişikliklərə nail olmaq üçün bu vəsaitlərin necə istifadə olunacağını müəyyən etmək vacib idi.

P.Skotland, həmçinin qeyd edib ki, Azərbaycanın apardığı fəal iş sayəsində iqlim dəyişikliyinin fəsadlarına qarşı ən həssas olan kiçik və inkişaf etməkdə olan dövlətlərin etimadını gücləndirmək mümkün olub.

44 filmi