Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib

Ekologiya
  • 26 oktyabr, 2018
  • 06:45
Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, oktyabrın 26-da və 27-si gecə və səhər intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.