Muxtar Babayev: Azərbaycan COP Sədrlikləri arasında davamlılığı dəstəkləyir
- 19 may, 2026
- 18:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Kopenhagen İqlim üzrə Nazirlər Toplantısı COP31 ərəfəsində iqlim liderlərinə fikir mübadiləsi aparmaq və siyasi təkanı gücləndirmək üçün mühüm platforma təqdim edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.
"İqlim təsirlərinin və çoxtərəfli əməkdaşlığa təzyiqlərin artdığı bir vaxtda bu müzakirələr etimadı gücləndirmək, icranı sürətləndirmək və iqlim maliyyəsi, adaptasiya və Qlobal Baxışın nəticələri də daxil olmaqla əsas prioritetlər üzrə irəliləyişə nail olmaq üçün kritik əhəmiyyət daşıyır", - o bildirib.
M. Babayev qeyd edib ki, Azərbaycan COP Sədrlikləri arasında davamlılığı dəstəkləməyə və COP29-da əldə olunmuş əsas nəticələrin icrasını irəlilətməyə sadiq qalır.
The Copenhagen Climate Ministerial provides an important platform for ministers and climate leaders to exchange views and strengthen political momentum ahead of #COP31.
— Mukhtar Babayev (@Mukhtar_Babayev) May 19, 2026
At a time of growing climate impacts and increasing pressure on multilateral cooperation, these discussions… pic.twitter.com/wNtTIXr3b1