Macarıstan rəsmisi: "COP29-un nəticələrini COP30-un gündəliyinə daşımaq vacibdir"

Ekologiya
  • 30 sentyabr, 2025
  • 14:51
Macarıstan rəsmisi: COP29-un nəticələrini COP30-un gündəliyinə daşımaq vacibdir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrini COP30-un gündəliyinə daşımaq vacibdir.

"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti, Macarıstan Prezidentinin Administrasiyasının direktoru (dövlət katibi) Csaba Kőrösi "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə bildirib.

Onun sözlərinə görə, COP29-un nəticələri çoxsaylı çətinliklərə baxmayaraq, böyük uğur hesab olunur: "Bu münasibətlə bir daha Azərbaycanı və həmsədrləri təbrik etmək istərdim. COP29 sadəcə bir iqlim sammiti deyildi."

Ç. Köröşi əlavə edib ki, bu tədbir davamlı inkişaf transformasiyası üçün mühüm təkan, qlobal irəliləyiş üçün isə güclü impuls olub: "Ən əsası bu proses cəmiyyətlərimizin gələcəyi ilə bağlıdır. Buna görə də əldə olunan nailiyyətlərin davamlılığını təmin etmək üçün COP29-da verilmiş öhdəliklərin icrası zəruridir. Görülən işləri və əldə edilən nəticələri COP30 və sonrakı mərhələlərə daşımaq, hələ də boş qalan məqamları müəyyənləşdirmək, transformasiyanı daha da gücləndirəcək imkanları tapmaq, həmçinin iqlim və davamlılıq sahəsində çıxarılan dərsləri nəzərə almaq vacibdir. Çünki qeyd etdiyim kimi, söhbət yalnız atmosferdən getmir. İqlim dəyişikliyi ilə mübarizə birbaşa cəmiyyətlərimizlə bağlıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti