IFC-nin nümayəndəsi: Azərbaycanda "yaşıl" keçid üzrə dialoq ənənəyə çevrilir

Ekologiya
  • 29 sentyabr, 2025
  • 17:23
IFC-nin nümayəndəsi: Azərbaycanda yaşıl keçid üzrə dialoq ənənəyə çevrilir

Azərbaycanda "yaşıl" keçid üzrə dialoq ənənəyə çevrilir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

"Sevindirici haldır ki, "yaşıl" keçid üzrə dialoq ənənəyə çevrilir və bu, ölkənin gələcək iqtisadi inkişafına töhfə verir", - o deyib.

A.Əzimova vurğulayıb ki, çoxtərəfli inkişaf banklarının rolu çox vaxt yanlış olaraq "yaşıl" iqtisadiyyata investisiyalarla bağlı risklərin aradan qaldırılması və bütün problemlərin həlli kimi başa düşülür.

Onun fikrincə, əslində bu cür beynəlxalq maliyyə qurumlarının əksəriyyəti, o cümlədən IFC güzəştli kapitaldan minimum istifadə etməklə özəl sektoru və investorları "yaşıl" keçid layihələrinə maksimum cəlb etməyə imkan verən strukturlar və modellər axtarır.

"Bazar səviyyəsində IFC qlobal standartları təyin və təşviq edir, texniki dəstək göstərir, maliyyə alətləri hazırlayır, normativ bazanın yaradılması və yeni məhsulların tətbiqi üçün hökumətlərlə əməkdaşlıq edir", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti