Hüseyn Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək

Ekologiya
  • 15 aprel, 2015
  • 10:20
Hüseyn Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək

Bakı. 15 aprel. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov aprelin 24-də Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Ağcabədi, Füzuli və Ağdam rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.