Bəzi yerlərdə şimşək çaxıb, leysan olub, dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya
- 10 may, 2024
- 12:31
Mayın 10-u saat 16:00-a olan məlumata əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Göygöl, Gədəbəy, Gəncə, Şəmkir, Qusar, Balakən, Zaqatala, Şəki, Qaxda yağış, Şahdağda isə zəif qar yağıb.
Gədəbəydə saat 14:10-14:18 radələrində diametri 9 mm, Daşkəsəndə saat 14:45-14:47 radələrində diametri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsi ərazisinə saat 15:00-15:18 radələrində 17 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR və Aran rayonlarında 20-24, dağlıq rayonlarda 9-12 dərəcə isti olub.
Son xəbərlər
04:40
Kastamonuda daşqına görə sakinlərin təxliyəsinə başlanılıb
Region04:13
Böyük Britaniya "Stone Cloak" REM sisteminin hüquqlarını Ukraynaya verəcək
Digər ölkələr03:45
Əhməd Əl Şaraa: Suriya və Rusiya hərbi bazaların taleyini müzakirə edir
Digər ölkələr03:15
İrandan Kiyevə mesaj: Hücumlar cavabsız qalmayacaq
Region02:39
Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Region02:10
Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb
Digər ölkələr01:40
Arda Güler "Real Madrid"dən ayrıla bilər
Futbol01:11
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
Region00:42