Əlverişsiz hava şəraiti Daşkəsəndə bir sıra fəsadlar törədib

Ekologiya
  • 12 iyun, 2026
  • 22:05
Əlverişsiz hava şəraiti Daşkəsəndə bir sıra fəsadlar törədib

Daşkəsən rayonuna yenidən dolu yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əmirvar kəndinə dolu ilə müşayiət olunan leysan da yağıb. İri diametrli dolu sakinlərin fərdi yaşayış evlərinin dam örtüyünə və fərdi avtomobillərə ziyan vurub.

Bundan başqa çaylardan sel keçib. Sel Quşçu kəndinə yenidən ziyan vurub.