Çaylarda sululuq artıb
Ekologiya
- 23 avqust, 2020
- 08:52
Yağan intensiv yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev "Report"a bildirib ki, artan yağıntının miqdarı Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsini 19, digər böyük çaylar hesab olunan Qanıxda 80, Qabırrı çayında isə 60 sm yüksəldib.
"Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində 11-30, Böyük Qafqazın ərazisindən axan çaylarda 1-34, Lənkəran-Astara bölgəsinin ərazisindən axan çaylarda isə 3-6 sm artım müşahidə olunub. Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Dəmiraparançay, Əyriçay və Gorançaydan isə qısamüddətli sel keçib”.
Son xəbərlər
07:10
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
Digər ölkələr07:08
DÇ-2026: Özbəkistan - Kolumbiya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol06:49
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
Futbol06:45
Tramp ABŞ kəşfiyyat xidmətlərinin qapalı brifinqində iştirak edəcək
Digər ölkələr06:33
Tomas Kristiansen: "Hamıya göstərmək istəyirik ki, Panamanı məğlub etmək asan deyil"
Futbol06:14
Los-Ancelesdə böyük yanğın baş verib, sakinlərə xəbərdarlıq edilib
Digər ölkələr05:52
DÇ-2026: "Mançester Siti"li futbolçu Qana - Panama matçının ən yaxşısı olub
Futbol05:52
Tramp ABŞ-dən kənarda lisenziya əsasında raket istehsalını mümkün hesab edib
Digər ölkələr05:16