Bəzi magistral yollarda görmə dumana görə məhdudlaşacaq

Ekologiya
  • 30 dekabr, 2024
  • 22:42
Bəzi magistral yollarda görmə dumana görə məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, dekabrın 31-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.