Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına buraxılmış balıq körpələrinin sayı açıqlanıb

Ekologiya
  • 26 aprel, 2023
  • 08:49
Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına buraxılmış balıq körpələrinin sayı açıqlanıb

"2022-ci il ərzində Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına 417 500 fərd, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 440 000 fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri (ümumilikdə 857 500 fərd) buraxılıb".

"Report"un Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzulidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

"Nazirlik tərəfindən reintroduksiya və su bioresurlarının artırılması layihələrinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub", - o, əlavə edib.