Abşeron yarımadasının bəzi yerlərində leysan olacaq - XƏBƏRDARLIQ

Ekologiya
  • 02 oktyabr, 2024
  • 05:17
Abşeron yarımadasının bəzi yerlərində leysan olacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında oktyabrın 2-si səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Oktyabrın 2-dən 3-ü gündüzədək əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.