Azərbaycanın cənub bölgəsində güclü yağış yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcək
- 16 noyabr, 2015
- 08:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.
Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.