Azərbaycanda şənbə günü müşahidə olunacaq hava proqnozu açıqlanıb
- 01 may, 2015
- 07:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 may. REPORT.AZ/ Həftənin şənbə gününə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
Mayın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 11-16, gündüz 25-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.