Azərbaycan Aşqabadda Xəzərin balıq ehtiyatları ilə bağlı toplantıda iştirak edəcək
- 03 noyabr, 2025
- 14:48
Türkmənistanın paytaxtı Aşqabadda noyabrın sonlarında Rusiya, Azərbaycan, Türkmənistan, İran və Qazaxıstan Xəzər dənizində balıq ehtiyatları ilə bağlı toplantı edəcək.
Bunu "Report"a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.
O qeyd edib ki, sözügedən toplantıda ölkələr balıq növlərinin kvotaları barədə məlumat verəcək və kvotalar bölünəcək:
"Hər bir ölkə üzrə balıqçıların tələbatı, oradakı sənaye infrastrukturu nəzərə alınacaq. Bir əhəmiyyətli məsələ odur ki, indiyədək bu tədqiqatları yalnız Rusiya edib. Bu il ilk dəfə Azərbaycan öz elmi məlumatlarını, eyni zamanda, Xəzərdə balıq ehtiyatları ilə bağlı baza məlumatlarını verəcək".
Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.