Anna Soave: 4SRP Təşəbbüsü XXI əsrin çağırışlarına cavab verir

Ekologiya
  • 19 may, 2026
  • 13:03
Anna Soave: 4SRP Təşəbbüsü XXI əsrin çağırışlarına cavab verir

UN-Habitat "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri" (4SRP) təşəbbüsünü alqışlayır və dəstəkləyir.

"Report"un məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı rəhbəri Anna Soave qeyri-sabit və münaqişədən zərər çəkmiş bölgələrdə iqlim çağırışları və şəhər həllərinə həsr olunmuş panel sessiyasında bildirib.

"UN-Habitat bu təşəbbüsü dəstəkləyir, çünki adekvat mənzil təkcə inkişafın nəticəsi deyil, həm də sabitliyin, sosial birliyin və sülhün əsasıdır. Biz bu təşəbbüsü daha geniş və son dərəcə aktual beynəlxalq dialoqun bir hissəsi hesab edirik. Bu, XXI əsrin müəyyənləşdirici çağırışlarından birinə çevrilir", - o qeyd edib.

Soavenin sözlərinə görə, təşkilat COP31-ə böyük diqqətlə yanaşır, iqlim maliyyələşdirməsini, ərazilərin bərpasını və münaqişəyə həssaslıq prinsiplərini birləşdirən inteqrasiya olunmuş və miqyaslandırıla bilən yanaşmalara xüsusi diqqət yetirir.

O, həmçinin vurğulayıb ki, BMT-nin Məskunlaşma Proqramı tərəfdaşlarla birlikdə bu prosesi müşayiət etməyə, təcrübə bölüşməyə, bilik mübadiləsinə töhfə verməyə və təşəbbüsü daha geniş beynəlxalq kontekstə inteqrasiya etməyə hazırdır.