Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını çəkdiyi xərci 73 % artırıb
- 20 noyabr, 2026
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 148 milyon ABŞ dolları dəyərində 133 min 419 ton neft və neft yağları idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 73 %, kəmiyyət olaraq 7 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 10 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 609 milyon ABŞ dolları dəyərində 1 milyon 528 min 955 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 46 % və 5 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 309,3 milyon ABŞ dolları dəyərində 414,79 min ton, Türkiyədən 237,6 milyon ABŞ dolları dəyərində 178,7 min ton, Bolqarıstandan 215,3 milyon ABŞ dolları dəyərində 181,3 min ton, Rumıniyadan 182,3 milyon ABŞ dolları dəyərində 181,8 min ton neft yağları gətirilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.