Nazir müavini: Builki kitab sərgisində 120-dən çox stend nümayiş olunur

Ədəbiyyat
  • 01 oktyabr, 2025
  • 12:55
Nazir müavini: Builki kitab sərgisində 120-dən çox stend nümayiş olunur
Fərid Cəfərov

Builki sərgidə 120-dən çox nəşriyyat, ali təhsil müəssisələri, dövlət qurumları, hətta media orqanlarının stendləri nümayiş olunur.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə sərgidə 70-ə yaxın xarici nəşriyyat təmsil olunur: "Çoxluğu nəzərə alaraq onlar üçün ayrıca zal ayrılıb".

F.Cəfərov yeddigünlük proqram ərzində keçiriləcək müzakirələrə də toxunub: "Müxtəlif səpkili tədbirlər çərçivəsində bir çox imza günləri, milli və beynəlxalq konfranslar, ədəbi-mədəni müzakirələrin keçirilməsi nəzərdə tutulub".

Nazirlik rəsmisi nəşriyyat və nəşriyyatyönlü subyektlər üçün sərgi çərçivəsində görüşlərinin həyata keçirilməsi üçün xüsusi guşələrin olduğuna da diqqət çəkib.

Son xəbərlər

Bütün Xəbər Lenti