“Hüseyn Cavid. Pyeslər” kitabı çap olunub
Ədəbiyyat
- 28 mart, 2017
- 10:32
Bakı. 28 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olunub.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Kitabda görkəmli şair, dramaturq Hüseyn Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb. Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilib. Yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb.
Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında çap edilib. Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.
Son xəbərlər
08:30
Salvador sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr08:14
ABŞ-da bu gün üç ölüm hökmünün icrası planlaşdırılır
Digər ölkələr08:09
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:49
Bayıl və Badamdarın qaz təchizatında qısamüddətli fasilə olacaq
İnfrastruktur07:20
Masazırda 33 yaşlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb – YENİLƏNİB-2
Hadisə07:16
Ağdaş, Yevlax və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
Energetika06:45
MKİ İsrailin Trampa qarşı təhlükə barədə məlumatlarına şübhə ilə yanaşıb
Digər ölkələr06:18
Foto
Bakıda mağazada başlayan yanğın evlərə keçib
Hadisə06:08