Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib

Ədəbiyyat
  • 09 avqust, 2026
  • 14:06
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib

Tanınmış şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid sosial şəbəkə hesabında bildirib.

"İndicə eşitdiyim acı xəbərdən kədərləndim. Görkəmli şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı bildirirəm. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin!", - o qeyd edib.

Ç.Əlioğlu 1944-cü ildə Füzulidə anadan olub. O, uzun illər Azərbaycan ədəbiyyatına, poeziyasına və nəşriyyat işinə xidmət edib. O, 1977-ci il Azərbaycan Yazıçılar Birliyinə üzv olub, 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Ç.Əlioğlu Azərbaycan ədəbiyyatında tanınmış şair və tərcüməçi kimi fəaliyyət göstərib. Onun yaradıcılığı və ədəbi fəaliyyəti Azərbaycan ədəbiyyatının müxtəlif nəşrlərində geniş əks olunub.