Rusiyaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb

Dünya
  • 31 oktyabr, 2015
  • 08:12
Rusiyaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiyaya məxsus sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin qalıqları yarımadanın şimalında yerləşən əl-Eyriş şəhərində tapılıb. 

Misirin təhlükəsizlik qüvvələri hadisə yerini əhatəyə alıb və qəza qurbanlarının təxliyəsi üçün əraziyə 20-yə yaxın təcili tibbi yardım avtomobili göndərilib. 

Məlumata görə, "Koqalımavia" (Xantı-Mansiysk) aviaşirkətinə məxsus "Airbus A321" sərnişin təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhərinə hərəkət edirmiş. Misirdən Bakı vaxtı ilə səhər saat 07:21-də havaya qalxan təyyarə 23 dəqiqədən sonra radarlardan itib. 

Ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.